​Qazaxıstan prezidenti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

​Qazaxıstan prezidenti ulu öndər Heydər Əliyevin məzarını
18:30 24.08.2022
242 Ölkə
A- A+

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.