​Türkiyə nümayəndə heyəti Helsinkiyə gedir

​Türkiyə nümayəndə heyəti
18:45 24.08.2022
246 Dünya
A- A+

İki Skandinaviya ölkəsinin NATO-ya qoşulması ilə bağlı Helsinki, Stokholm və Ankara nümayəndə heyətləri arasında məsləhətləşmələr avqustun 26-da Finlandiyada keçiriləcək.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüşdə Madriddə keçirilən NATO sammitində Finlandiya, İsveç və Türkiyənin razılaşdırdığı anlaşma memorandumunun bəndlərinə baxılacaq”, - məlumatda bildirilib.