​Göygöldə mikroavtobus və minik avtomobili toqquşdu: yaralılar var

​Göygöldə mikroavtobus və minik avtomobili toqquşdu:
23:00 24.08.2022
228 Hadisə
A- A+

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

SÜLH.İNFO.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar - 1960-cı il təvəllüdlü Rasim Abbasov və daha bir nəfərin vəziyyəti ağır qiymətləndirilir. Onlar Gəncə şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qəza nəticəsində avtomobillərdən biri toqquşmadan sonra yaxınlıqdakı mağazaya çırpılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.