​ABŞ-ın neft ehtiyatları daha da azalıb

​ABŞ-ın neft ehtiyatları daha da
09:30 25.08.2022
A- A+

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 3 282 min barel azalaraq 421 672 min barel təşkil edib.

Sulh.info.az bildirir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 923 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. (Apa)