​Oğuzda meşə yanğını söndürülüb - VİDEO

​Oğuzda meşə yanğını söndürülüb
10:30 25.08.2022
246 Hadisə
A- A+

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Oğuz rayonu ərazisində 2 saylı meşə dolayında avqustun 24-də baş vermiş yanğın genişlənməsinə imkan verilmədən dünən axşam saatlarında söndürülüb.

 

FHN-dən  verilən məlumata görə, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 0.3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilmiş operativ tədbirlər sayəsində sıx meşəlik ərazi yanğından mühafizə olunub.

 

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.