​Xankəndini Ermənistanla birləşdirən yeni yol istifadəyə verildi

​Xankəndini Ermənistanla birləşdirən yeni yol
12:19 25.08.2022
221 Ölkə
A- A+

Xankəndini Ermənistanla birləşdirən və Laçın şəhərindən yan keçən yeni Şuşa-Gorus avtomobil yolu bu gündən hər iki istiqamətdə açıqdır.

Bu barədə Qarabağdakı separatçıların nümayəndəsi Ermənistanın “Nyus.azm” agentliyinə bildirib.

O deyib ki, vətəndaşların sərbəst və təhlükəsiz hərəkəti Rusiya sülhməramlıları tərəfindən təmin edilir.

Azərbaycan tərəfi Laçın şəhərinə daxil olmayan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlamışdı.

Rəsmi məlumata görə, yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (onun 10 kilometri Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib.

Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr təşkil edir.