​AZAL-ın Bakı-Moskva reysi GECİKİR

​AZAL-ın Bakı-Moskva reysi
14:21 25.08.2022
243 Ölkə
A- A+

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin aviaşirkətinin Bakı-Moskva ("Vnukovo" aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.

Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.