​Rusiyada qəzaya uğrayan helikopterin ekipajı sağ tapıldı

​Rusiyada qəzaya uğrayan helikopterin
18:45 25.08.2022
234 Ölkə
A- A+

Rusiyanın Stavropol diyarında qəzayan uğrayan Mİ-2 helikopterinin pilot və texniki tapılıb. Onlar sağdırlar.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Predqornı dairəsinin administrasiyasından məlumat verilib.

“Ekipajın necə sağ qalmasını hüquq-mühafizə orqanları araşdırır”, - məlumatda qeyd olunub.

Məlumata görə, helikopter kənd təsərrüfatı təyinatlı olub.

Qeyd edək ki, avqustun 22-də Rusiyanın Stavropol diyarında Mİ-2 helikopteri qəzaya uğramışdı.