Vətən müharibəsi qazisinə vəzifə verilib.
SÜLH.İNFO.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, Vətən müharibəsi qazisi Asim Mehman oğlu Əliyev Beyləqan Mərkəzi Rayon Xəstəxanasının təhlükəsizlik xidmətinin rəisi təyin edilib.
Xatırladaq ki, Asim Əliyev 2014-cü il - avqust döyüşlərində kəşfiyyatçı-gizir, 2016-cı il - aprel döyüşlərində kəşfiyyat qrup komandiri və 44 günlük vətən müharibəsində isə əlahiddə kəşfiyyat taborunun xüsusu təyinatlı bölüyünün tərkibində qrup komandiri kimi iştirak edib. O bir neçə dəfə güllə, qəlpə və qapalı kəllə-beyin travması alıb.