​Əli Əsədov Belarusun baş naziri ilə görüşdü

​Əli Əsədov Belarusun baş
21:30 25.08.2022
278 Ölkə
A- A+

Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Bu barədə SÜLH.İNFO.az-a Nazirlər kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycanla Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.