Bu gün Almaniya kansleri Olaf Şolts ölkə ərazisindəki Putlos poliqonunda “Gepard” özüyeriyən zenit-artilleriya qurğuları ilə təlim keçən ukraynalı hərbçilərə baş çəkib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
"Almaniya ukraynalı əsgərlərə lazımi optimal dəstəyi göstərməyə davam edəcəyk. Biz Ukraynaya müasir və effektiv silahlar veririk. Çünki Ukraynanın bütövlüyünü, müstəqilliyini və suverenliyini müdafiə etmək hüququ var", - kansler deyib.