ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenski bu gün telefonla danışıblar.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Prezidenti Volodimir Zelenskiyə istinadən məlumat yayıb.
"ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik", - Zelenski deyib.
Həmin vaxta qədər iki dövlətin liderləri arasında iyunun 15-də telefon danışığı olub.