​Yeniyetməni zorlayıb, videosunu kəndə yaydılar - Azərbaycanda ŞOK OLAY

​Yeniyetməni zorlayıb, videosunu kəndə yaydılar -
10:33 26.08.2022
375 Hadisə
A- A+

Bərdə rayonunda dörd nəfər yeniyetmə qızı zorlayıb.

14 yaşlı qızla cinsi əlaqədə olan şəxslər hadisənin videosunu çəkərək kənd sakinləri arasında yayıblar.

Bununla bağlı qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən dörd nəfər müəyyən edilib:

“Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”. (oxu.az)