​"Rusiya və ABŞ Suriyada öhdəliklərini yerinə yetirməlidir" - Hulusi Akar

​
11:23 26.08.2022
230 Siyasət
A- A+

"Rusiya və ABŞ Suriyada öhdəliklərini yerinə yetirməlidir".

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriyanın şimalında hansı addımların atılması istiqamətində həm Rusiya, həm də ABŞ-la razılığı var: "Bu anlaşmaya əsaqsən ərazi terrorçulardan təmizlənməlidir. Tərəfdaşlarımızın da öhdəliklərinə düşəni icra etmələrini gözləyirik. Biz lazım olanı edəcəyik. Regionumuzda terrorçular üçün gələcək yoxdur. Biz bu mübarizəyə etinasız yanaşa bilmərik. Mübarizimiz davam edir, edəcək”.