İnflyasiya bir çox insan üçün şikayətləniləcək durum olsa da, böyük şirkətlər və kapitalistlər üçün bu belə deyil.
Sulh.info.az bildirir ki, qlobal iqtisadiyyatdakı inflyasiya bir çox sektorda fəaliyyət göstərən şirkətlərin gəlirlərinin rekord həddə çatmasına səbəb olub.
Enerji nəhəngləri
Təbii qaz çıxaran və onları saflaşdıran şirkətlərin gəlirlərinin necə rekord qırması ilə bağlı son zamanlar xeyli xəbərlər yazıldı. Beynəlxalq bazarlarda təbii qaz qiymətləri rekord qırdı, neft qiymətləri isə 1 barel üçün 100 dolları keçdi. Buna koronavirus pandemiyası sonrası artan tələbin və Rusiya-Ukrayna savaşının təsiri oldu. Britaniyanın BP şirkətinin gəliri 6,9 milyard oldu. İngiltərə höküməti bu şirkətlərə ölkədən çıxardıqları neft və qaz üçün 25% verdi tətbiq edəcək. “British Gas”ın sahibi “Centrica”nın gəliri də əvvəlki ilin eyni dönəminə görə 5 qat artıb.
Mədən şirkətləri
Çox sayda ölkə Rusiya qazına alternativ axtarmağa başladı ki, bu da kömürə olan təlabatın təkrar artmasına səbəb oldu. Bu, kömür çıxarılması ilə məşğul olan şirkətlər üçün böyük fürsət oldu. Məsələn, “Glencore” şirkəti 2022-ci ilin ilk yarsında 15 miyard sterliq gəlir əldə etdiyini açıqlayıb.
Almaniyadakı “Uniper” şirkəti isə yaxın günlərdə Rusiyanın qaz axışını kəsməsi səbəbi ilə “Heyden 4” kömür mədənində istehsala başlayacaqlarını açıqladı.
Qida sektoru
“Archer Daniels Midland”, “Bunge”, “Cargill” və “Louis Dreyfus” mətbəxlərdə tez-tez görə bilmədiyimiz markalar olsa da, əslində o mətbəxlərə girən məhsullaın çoxu mıhz bu 4 şirkətin əlindən keçir. “ABCD” olaraq adlandırılan bu qida nəhəngləri dünya qida bazarının ən böyük pay sahibləridir. Bu şirkətlər xüsusən qlobal gərginliklərin olduğu zamanlarda qidaları ehtiyacı olan ölkələrə göndərməkdə açar rolu oynayırlar. Məsələn, bu günə qədər məhsulları Rusiya və Ukraynadan alan ölkələrin fərqli mənbələrə üz tutmasına vasitəçilik edirlər. Qiymətlər keçən ilə görə 25%-dən daha çox artmış durumdadır.
“Archer Daniels Midland”-in son açıqladığı gəlir miqdarı keçən ilin eyni dönəminə görə 60% daha çoxdur. “Cargill”in gəliri isə 23% artımla bütün zamanların rekordu olan 165 milyard dollara çıxıb. Şirkətdən edilən açıqlamada bu məbləğin mində bir hissəsinin humanist yardımlara yönəldiləcəyi bildirilib.
Dəniz daşınması
Koronavirus pandemiyası ölkə iqtisadiyyatlarını və tədarük zəncirlərini sarsıtdı, lakin dəniz nəqliyyatına olan təlabatı artırdı. Karantin qaydaları limanlarda tıxaclara və gecikmələrə səbəb oldu. Küçəyə çıxma qadağası olduğu zamanlarda istehlakçı tələbləri artdı və buna görə də, dəniz nəqliyyatına olan tələb yüsəldi.
“Drewry”ə görə, konteyner daşınması sektoru 2020-2022 dönəmində yarım trilyon dollardan çox gəlir əldə edib.
B sektordakı ən böyük ikinci şirkət olan “AP Møller-Maersk” bu ilki gəlir gözləntisini 3-cü dəfə artırdı, limanlardakı problemlərin qiymətləri artırdığını və bu ilin sonuna qədər bir normallaşma gözlənilmədiyini açıqladı.
Lüks əşya və şərab şirkətləri
“Knight Frank” şirkəti bildirib ki, ötən il keyfiyyətli şərab və lüks saatların qiymətləri 16%, sənət əsərlərinin ki 13%, viski və sikkələrin qiyməti isə 19% artıb. Sərmayəçilər bu məhsulların qiymətinin inflyasiya dönəmində arzuladıqları kimi yüksələcəyini düşünürlər.
Dünyanın ən böyük şərab istehsalçısı olan “Bordeaux İndex” iyun ayında illik gəlirinin 37% artdığını açıqlayıb.
Dünyanın en büyük kaliteli şarap tüccarı olan Bordeaux Index, Haziran ayında yıllık satışlarının yüzde 37 oranında arttığını duyurdu.
Göründüyü kimi, inflyasiya əlində pulu olanlar üçün bir fürsət, olmayanlar üçün isə çətinlik və problemdir.
Mənbə: BBC