Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) Qazaxıstanla diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş sərgi açılıb.
Bu barədə Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.
Tədbirin açılış mərasimində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov çıxış ediblər.
Qeyd edək ki, sərgidə iki ölkə arasında əməkdaşlığın mühüm mərhələlərini əks etdirən fotoşəkillər nümayiş etdirilir.