​Cəlilabadda 70-ə yaxın ağac qanunsuz olaraq kəsilib

​Cəlilabadda 70-ə yaxın ağac qanunsuz olaraq
15:59 26.08.2022
279 Ölkə
A- A+

Cəlilabadda 70-ə yaxın ağac kəsilib.

Bu barədə "Report"un Muğan bürosuna rayonun Qamışlıgöl kənd sakinləri məlumat verib. Sakinlər bildirib ki, ağaclar son bir neçə gün ərzində kəsilib:

"Təxminən 70-ə yaxın ağac kəsiblər. Kəsilən ağaclar əsasən Palıd, yemişan və digər ağaclarıdır. Ümumi ərazi 3 hektara yaxındır".

Məsələ ilə bağlı Ekologiya və təbii sərvətlər nazirliyindən bildirilib ki, fakt araşdırılır və əlavə məlumat veriləcək.