​Bərdədə 13 yaşlı qıza zorakılıq edənləri sakinlər kənddən qovur - VİDEO

​Bərdədə 13 yaşlı qıza zorakılıq edənləri sakinlər kənddən qovur -
16:33 26.08.2022
447 Ölkə
A- A+

Bərdə rayon sakinləri yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq edənlərin Kətəlparaq kəndini tərk etmələrini tələb edirlər.

Kənd sakinləri adıçəkilən gənclərdən birinin atasının işlətdiyi mağazaya hücum çəkib, qapı, pəncərəni sındırıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, polis şöbəsinin əməkdaşları ailəyə baş çəkib.

Bərdə Rayon Polis Şöbəsində kənddəki insidentlə bağlı araşdırma aparılır.