​Ölkədə son sutkada bu qədər vaksin vurulub - RƏSMİ

​Ölkədə son sutkada bu qədər vaksin vurulub -
16:58 26.08.2022
240 Ölkə
A- A+

Azərbaycanda son sutkada 1301 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 244, ikinci doza vaksinlərin sayı 176 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 738-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 143 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 854 508 olub.