​Erməni əsgər hərbi maşının yük yerində yandı

​Erməni əsgər hərbi maşının
23:15 26.08.2022
268 Dünya
A- A+

Ermənistanın hərbi hissələrinin birində muzdlu əsgər, serjant A.M. maşının yük yerində qaz balonunun alışması nəticəsində ciddi yanıq xəsarətləri alıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ermənistan MN məumat yayıb.

Bildirilib ki, hadisə 25 avqustda baş verib, serjant xəstəxanaya yerləşdirilib. Ermənistan MN-in sözçüsü Aram Torosyan serjantın vəziyyətinin çox ağır olduğunu bildirib.

Qeyd edək ki, muzdlu əsgərin yük maşınında məişət qaz balonu ilə nə etdiyi açıqlanmayıb.