​Paşinyanın həbsi tələb olunur: "Əgər hakimiyyətdən getsə..." - Politoloq AÇIQLADI

​Paşinyanın həbsi tələb olunur:
14:25 29.08.2022
479 Ölkə
A- A+

30 avqust tarixində İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilən hərbiçilərin valideynləri Baş nazir Nikol Paşinyanın həbsini tələb edəcəklər.

Sulh.info.az xəbər verir ki, bu barədə politoloq Yeganə Hacıyeva saytımıza danışıb. O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra bu müharibəyə qədər ölkəsində reytinqli siyasətçi olan Nikol Paşinyanın məğlubiyyətdən sonra reytinqi yerlərdə sürünüb. Son iki ildə ölkədə baş nazir və hakim komandaya qarşı bir neçə dəfə kütləvi etirazlar keçirilib. Bu etirazları səngitmək üçün növbədən kənar parlament seçkilərinə gedib, öz pozisiyalarını hətta özünü və aid olduğu siyasi qrupun, hakimiyyətin mövqeyini parlamentdə möhkəmləndirib:

“O bunu parlamentdə siyasi qruplar və fraksiyalar üzərində balanslı qurmaqla həyata keçirdi. Bu gün üçün Paşinyanın hakimiyyətdən salmaq üçün Ermənistan daxilində, cəmiyyətdə hər hansı bir güclü ictimai-siyasi qüvvə yoxdur. Əsas siyasi qruplar o siyasi qruplardır ki, 1990-cı illərdə Azərbaycan torpaqların işğal olunması ilə bağlı hakimiyyətə gələn, adı Ermənistanın ən yeni tarixində korrupsiya, rüşvətxorluq əsasını qoyulmaqda hallanan, cəmiyyətdə çoxluq tərəfindən arzu edilməz statusu qazanan ənənəvi, revanşist siyasi qruplar var. Paşinyanın rəqibi  kimi təqdim edilə bilən siyasi və biznesmen simalar isə Paşinyan faktiki olaraq hakimiyyətin bölüşdürülməsində iştirak edirlər. Nikol Paşinyan hətta onlardan birinin özündən sonra hakimiyyətə gəlməsilə öz təhlükəsizliyini təmin etmək üçün konfiqurasiyalar  qurub. Buna görə mövcud siyasi sistemdə Paşinyanın əleyhinə prosesləri körükləyə biləcək siyasi sima, qüvvə yoxdur. Amma etirazçılar mütəmadi olaraq qalır”.

Yeganə Hacıyeva qeyd edib ki, 30 avqust tarixində ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilən hərbiçilərin valideynlərinin təşkil etdiyi etirazlar Baş nazir Nikol Paşinyanı həbs olunması üçün isə əsas ola bilməz:

“Çünki bu etirazlar sistemli deyil, mövcud şərtlərdə əsas qərarverici qüvvə parlamentdir. Həbs olunmağına gəlsək isə, Nikol Paşinyan üçün həbs gözlənilmir. O Baş nazirdir, amma hərbi və hərbi əməliyyatlara cavabdeh şəxs o deyil. Ölkədə müdafiə və hərbi sənayeyə cavabdeh şəxs var. Digər tərəfdən ordu bölmələrində Nikol Paşinyandan öncə hakimiyyət təmsilçiləri var.  Onlar Birinci Qarabağ müharibəsində qanlı cinayətlər törətmiş sahə komandirləridir ki,  orduda hələ də güclüdürlər. Onlardan bir neçə şəxs həbs oluna bilər.

Ümumiyyətlə isə Paşinyan hakimiyyətdən gedərsə, Azərbaycanın Ermənistanla münasibətində heç nə dəyişməyəcək. Qeyd etmək lazımdır ki, çoxlarının təqdim etməyə çalışdığı kimi də Azərbaycan üçün arzu olunan sima və hakim qrup deyil. Arzu olunan, adı çirklənən, adı müharibə cinayətlərinə hallanan şəxslərin rəhbərlikdə olması olardı ki, bu Azərbaycan üçün daha əlverişli şərtlər formalaşdıra bilərdi. Bu bizim hərbi əməliyyatlar üçün imkanımızı genişləndirə bilərdi”.

Günay İbrahimova / Sulh.info.az