​Gülşən azadlığa BURAXILIB

​Gülşən azadlığa
15:19 29.08.2022
253 Ölkə
A- A+

Bir neçə gün əvvəl həbs olunan müğənni Gülşən azadlığa buraxılıb.

Sulh.info.az xəbər verir ki, bununla bağlı türk mediası məlumat yayıb. Sənətçiyə ev həbsi verilib. 

Qeyd edək ki, o konsertlərindən birində musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, zarafat edib.

Bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə #gulsentutuklansın həşteqi ilə paylaşımlar edilib. Nəticədə müğənni həbs olunub.  Ali Məhkəməyə müraciət edən Gülşənin həbsi cəmiyyətdə  etirazlara səbəb olub. Onun bir çox sənət dostu paylaşım edərək azadlığa buraxılmasını istəyib. Hətta ABŞ-ın Xarici İşlər Nazirliyi də sənətçinin həbsinə reaksiya verib.