​Gürcüstanda “Noble Partner 2022” birgə hərbi təlimlər başlayıb

​Gürcüstanda “Noble Partner 2022” birgə hərbi
19:15 29.08.2022
257 Dünya
A- A+

Gürcüstanda ABŞ-ın da iştirak etdiyi “Noble Partner 2022” çoxmillətli birgə hərbi təlimlər başlayıb.

Bu barədə SÜLH.İNFO.az xarici mətbuata istinadən xəbər verir.

“Təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlıq və uyğunluğu artırmaqdır”, - Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Gürcüstan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya və Polşanın 2400-dən çox hərbçisi iştirak edəcək.

Təlimlərin açılış mərasimi Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasının ərazisində baş tutub.