Rusiya hökuməti və Qarabağdakı rusiyalı sülhməramlılar Qarabağdan köç templərindən həddən artıq narahatdır.
SÜLH.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.
”Rusiya hökuməti və rusiyalı sülhməramlılar güman edirlər ki, emiqrasiya Qarabağın demoqrafik görünüşünü dəyişəcək və ermənilərin yaşamayacağı torpaqların müdafiəyə də ehtiyacı olmayacaq”, – deyə qəzet bildirib.
Qeyd edək ki, ötən ayın statistikasına görə, Qarabağda məskunlaşan ermənilərin sayı 20 min civarına düşüb.