​Azərbaycan XİN Türkiyəni təbrik edib

​Azərbaycan XİN Türkiyəni
10:11 30.08.2022
206 Siyasət
A- A+

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Cümhuriyyətini 30 Avqust – Zəfər Bayramı münasibətilə təbrik edib.

Xarici əlaqələr qurumunun tviter səhifəsində qeyd olunub:

“30 Avqust - Zəfər Bayramın mübarək olsun, qardaş Türkiyə! Zəfər Bayramının 100-cü ildönümündə Türkiyənin müstəqilliyi uğrunda canından keçən bütün şəhidləri dərin hörmət, rəhmət və iftixarla anırıq”.