​16 yaşlı gənc itkin DÜŞDÜ

​16 yaşlı gənc itkin
10:28 30.08.2022
219 Hadisə
A- A+

Bakıda 16 yaşlı gənc itkin düşüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 28-də paytaxtın Sabunçu rayonu, Bünyatzadə küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Vəliyev Kənan Fariz oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma aparılır.