​16 yaşlı oğlan doğum gününü qeyd edərkən Kürdə BOĞULDU

​16 yaşlı oğlan doğum gününü qeyd edərkən Kürdə
10:32 30.08.2022
231 Hadisə
A- A+

Kür çayında 16 yaşlı oğlan boğularaq ölüb.

Hadisə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Qasımzadə Elşad Elman oğlu asudə vaxtını keçirmək və doğum gününü qeyd etmək məqsədilə dostları ilə birlikdə Kür çayının Mingəçevir şəhərində yerləşən hövzəsinə gedib çimərkən çayda boğularaq ölüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.