Xəbər verdiyimiz kimi, Nəsibə Abdullayevaya "Xalq artisti" fəxri adı verilib.
Sulh.info.az xatırladır ki, Nəsibə Abdullayeva (Nəsibə Məlik qızı Yarməhəmmədova) 15 noyabr 1961-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olub. Məlumata görə, anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.
O, 1993-cü ildən Özbəkistanın xalq artisti olan sənətçi, Gəncədə doğulan və milliyyətcə azərbaycanlı olan, gitara ifaçısı Eldar Abdullayevlə 1980-ci ildə ailə qurub.
Cütlüyün bu nigahdan iki oğlu var: Ənvər Abdullayev (1981) və Əkbər Abdullayev (1987).
Qeyd edək ki, N. Abdullayeva Azərbaycanda daha çox "Səndən nigaranam" mahnısı ilə məşhurlaşıb.