​Xırdalanda 1,6 milyon manatlıq təmir işləri görüləcək

​Xırdalanda 1,6 milyon manatlıq təmir işləri
14:00 30.08.2022
249 Ölkə
A- A+

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi mənzil fondu (1) və yolların (2) təmirinə dair elan etdiyi 2 açıq tenderə yekun vurub.

Hər iki tenderin qalibi "Uğurlu İnşaat" MMC-dir.

Qalib şirkətə müvafiq olaraq 383 min manat və 1,2 milyon manat, ümumilikdə isə 1,583 milyon manat ödəniləcək.