​Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

​Skopinyo Kuboku:
14:15 30.08.2022
247 İdman
A- A+

İtaliyanın Rieti şəhərində 17 yaşadək futbolçular arasında keçirilən Skopinyo Kubokunda qrup mərhələsinin püşkü atılıb.

Azərbaycanı beynəlxalq turnirdə təmsil edən "Neftçi"nin müvafiq yaş qrupundan ibarət komandası C qrupunda İtaliyanın "Roma" və "Lodiciani 1927" kollektivinə rəqib olub.

A qrupu: "Fluminense" (Braziliya), "Fənərbağça" (Türkiyə), "Pol Kantalis" (İtaliya)

B qrupu: "İnter", "Latsio", "Ternana" (hamısı İtaliya)

C qrupu: "Roma""Lodiciani 1927" (hər ikisi İtaliya), "Neftçi" (Azərbaycan)

D qrupu: "Napoli""Salernitana", "Napoli Yunayted" (hamısı İtaliya)

Qeyd edək ki, bu gün start götürəcək turnir sentyabrın 2-də başa çatacaq.