​Zakir Həsənov Ankarada səfərdədir - FOTO

​Zakir Həsənov Ankarada səfərdədir
14:59 30.08.2022
307 Ölkə
A- A+

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyədə rəsmi səfərdədir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 30-da Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

General-polkovnik Z.Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.