​Bakıda restoranda YANĞIN

​Bakıda restoranda
17:40 05.09.2022
269 Hadisə
A- A+

Bakıda restoranda yanğın olub.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 150 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) bir otağında 1 ədəd kondisioner, 1 ədəd televizor qismən və elektrik otağında 2 ədəd sayğac, 1 ədəd tənzimləyici və 2 ədəd qoruyucu açar yanıb. Obyektin qalan hissəsi və bina yanğından müafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.