​Lerikdə qəzaya düşən şəxslərin durumu necədir? - TƏBİB-dən AÇIQLAMA

​Lerikdə qəzaya düşən şəxslərin durumu necədir?
11:47 06.09.2022
211 Toplum
A- A+

Lerik rayonunun Günəşli kəndində baş verən qəzada xəsarət alanlardan iki nəfər TƏBİB-in tabeliyindəki Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülüb. 

Bu barədə Oxu.Az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

“Hazırda xəsarət alan altı nəfərdən dördü Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində, ikisi isə Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Onların vəziyyəti orta ağır olaraq qalır”, - deyə qurum rəsmisi əlavə edib.