​Ermənilər Qarabağda yeni yol çəkir

​Ermənilər Qarabağda yeni yol
11:48 06.09.2022
201 Ölkə
A- A+

Qarabağda yeni Xankəndi-keçmiş Əsgəran yolunun tikintisinə başlanılıb. 

Bu barədə Rusiya sülhməramlı kontingentinin Telegram kanalı məlumat yayıb.

"Rusiya sülhməramlı kontingentinin hərbçiləri Rusiya bölmələrinin məsuliyyət zonasından keçən Naxçıvanik-Xankəndi yeni yolunun tikintisinin təhlükəsizliyini təmin edirlər", - məlumatda deyilir.

Yol keçmiş Əsgəran rayonunun Naxçıvanik kəndini və ona yaxın olan digər kəndləri birbaşa Xankəndiyə birləşdirəcək.