​Bakıda 15 yaşlı qız itkin düşüb

​Bakıda 15 yaşlı qız
09:35 21.10.2022
249 Hadisə
A- A+

Bakıda 15 yaşlı qız itkin düşüb.

Hadisə oktyabrın 18-də paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Əliyeva Xədicə Emin qızının saat 07 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırma aparılır.