​“Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib” - Mübariz Qurbanlı

​“Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib” -
09:45 21.10.2022
254 Siyasət
A- A+

“Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib”.

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bu gün İslam dünyasının mövcud durumu birlik və vəhdəti çox zəruri edib:

“Türk Dövlətləri Təşkilatının yaranması və tərəqqisi yolunda Azərbaycan və Türkiyənin rolu əvəzedilməzdir”.

Onun sözlərinə görə, sovetlər dağılandan sonra türk dünyasının bir araya gəlməsindən ötrü bir sıra addımlar atılıb:

“Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib. Bunu başqa istiqamətə yönləndirmək istəyənlər var. Ancaq bilsinlər ki, bu, sülhə və tərəqqiyə xidmət edir”.