Amerikalı milyarder İlon Mask “Twitter” sosial şəbəkəsini alacağı təqdirdə şirkət işçilərinin 75%-ni işdən çıxaracaq.
Məlumata görə, Maskla sövdələşmə baş tutmasa belə, şirkətdə yenə də iri miqyaslı ixtisarlar gözlənilir.
Hazırda “Twitter”in 7500 əməkdaşı var. İlon Maskın planı reallaşarsa, o zaman şirkətin 2 minə yaxın işçisi olacaq. Lakin sövdələşmə uğursuz olsa belə, hazırkı şirkət rəhbərliyi gələn ilin sonuna qədər əmək haqqı fondunu təxminən 800 milyon dollar azaltmağı planlaşdırır.
Qeyd edək ki, İlon Maskın “Twitter”i almaq planları apreldə məlum olub, lakin iyulda o, təklifini geri götürüb. Şirkət sövdələşmənin dayandırılması ilə əlaqədar iş adamını məhkəməyə verib. Oktyabr ayında Mask sosial şəbəkəni almaq üçün sövdələşməni tamamlamaq qərarına gəlib. Məhkəmə ona oktyabrın 28-dək vaxt verib.
Mənbə: Theguardian