Avropa Konqresə aralıq seçkilərdən sonra ABŞ-ın Ukraynaya hərbi yardımının azaldılması perspektivindən narahatdır.
Bu barədə “Politico” qəzeti bildirib.
Qəzetin yazdığına görə, Avropa Ukraynadakı NATO üzvləri arasında öz əsas sponsorunu tezliklə itirə bilər.
Bildirilib ki, Qərb Ukraynaya rekord məbləğdə yardım göstərsə də, Vaşinqtonun dəstəyi Avropanın səylərini üstələməkdə davam edir.
Qeyd edək ki, ABŞ-da aralıq seçkilər noyabrın 8-də keçiriləcək.
Proqnozlara görə, respublikaçılar qanunverici orqanın hər iki palatasında təmsilçiliyini artıra bilər ki, bu da onlara demokrat Prezident Co Baydenin təkliflərinin həyata keçirilməsinin qarşısını almaq imkanı verəcək.
Mənbə: Konkret.az