İspaniyanın “Inditex” qrupu (“Zara”, “Massimo Dutti”, “Pull & Bear”, “Oysho”, “Bershka”, “Stradivarius” brendlərinin sahibi) Rusiyadakı hazır geyim mağazalarını Livanın “Azadea” qrupuna satmaq imkanını müzakirə edir.
“Azadea”nın artıq Əlcəzair, Bəhreyn, Oman və Qətər kimi ölkələrdə “Inditex” franşizası var. Livan qrupu Rusiyada İspan mağazalar şəbəkəsinin alınması məsələsini öyrənmək üçün komanda yığmağa başlayıb.
Bildirilib ki, “Inditex” 31 yanvar 2023-cü ilə qədər Rusiyada mövcudluğu ilə bağlı qərar verməlidir. İspan şirkətinin mətbuat xidməti Rusiyadakı biznesi ilə bağlı maraqlı tərəflərlə danışıqlar faktını təsdiqləyib.
Mənbə: Fashionnetwork.com