Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Gəncə-Daşkəsən xətti üzrə işləyən “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.