Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi İran istehsalı olan İHA-ların Rusiya ordusu tərəfindən istifadə edildiyi iddiasını bir addım irəli çəkib.
Bildirib ki, İran hərbçiləri Krımda Kiyevi bombardman etməkdə Rusiyaya kömək edir.
"İran indi meydandadır, birbaşa müharibədə iştirak edir", - deyə o, əlavə edib.
Rusiyanın bu günə qədər İrandan onlarla PUA aldığını və bu daşınmanın davam edəcəyini qeyd edən Kirbi, “Üstəlik, Rusiyanın gələcəkdə İrandan adi silahlar almasından da narahatıq", - deyib.
ABŞ-ın həm İran, həm də Rusiyaya qarşı sərt sanksiyalarını davam etdirəcəyini vurğulayan Kirbi, "İranın Rusiyaya silah satmasını çətinləşdirəcəyik" deyib.
Mənbə: Tgrthaber