Hindistanın Uttar-Pradeş əyalətində yerləşən Allahabad şəhərində dang qızdırması olan şəxsin ailəsi qohumlarına immun plazma əvəzinə limon şirəsi vurulduğunu və xəstənin buna görə dünyasını dəyişdiyini iddia edib.
Məlumata görə, sözügedən hadisə ilə bağlı cinayət işi açılarkən, hadisənin baş verdiyi iddia edilən xəstəxana möhürlənib.
Hadisədən sonra sosial şəbəkədə paylaşılan videoda immun plazma ilə limon suyunun kənardan nə qədər oxşar olduğu diqqətdən yayınmayıb. Səlahiyyətliləri bu məsələ ilə bağlı tədbir görməyə çağırıblar.
Uttar Pradeş Baş nazirinin müavini Brajesh Pathak açıqlamasında hadisə ilə bağlı araşdırmanın davam etdiyini və xəstəxanadan götürülən immun plazma nümunələrinin test üçün göndərildiyini bildirib.
Mənbə: Tgrthaber