​Azərbaycan Prezidenti Avropanın qaza tələbatını TANAP-la qarşılamağa dair müsbət fikirdədir - Ərdoğan

​Azərbaycan Prezidenti Avropanın qaza tələbatını TANAP-la qarşılamağa dair müsbət fikirdədir -
13:50 21.10.2022
252 Siyasət
A- A+

Avropa hazırda Rusiyadan istədiyi anda, istədiyi kimi təbii qaz əldə edə bilmir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

Türkiyə dövlət başçısı qeyd edib ki, Avropanın hazırda Türkiyədən gözləntisi ölkəmizdə Avropaya nəql ediləcək qazın mərkəzinin yaradılacağı təqdirdə tələbləri qarşılanıb-qarşılanmaması ilə bağlıdır.

“Azərbaycan Prezidenti İlham Əliyev də TANAP vasitəsi ilə qaz ehtiyacının təmin olunması məsələsində müsbət fikirdədir. Bütün bunları dəyərləndirib ondan sonra addım atacağıq”, - o vurğulayıb.