​"Neftçi"nin futbolçusu Azərbaycan pasportu aldı

​
15:30 21.10.2022
245 İdman
A- A+

“Neftçi”nin futbolçusu Azər Əliyevə Azərbaycan vətəndaşlığını təsdiq edən pasport verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bunadək "Neftçi"nin heyətində rusiyalı legioner kimi meydana çıxan yarımmüdafiəçi artıq yerli futbolçu statusu alıb.

Qeyd edək ki, bu ilin yanvar ayında “Neftçi”yə transfer olunmuş Azər Əliyev bu komandada 22 oyun keçirib, 1 qola imza atıb.

A.Əliyev 12 may 1994-cü ildə Gürcüstanın Dmanisi rayonunda doğulub. O, bunadək Rusiya vətəndaşı olub və həmin ölkənin futbol məktəbinin yetirməsidir. A.Əliyev "Neftçi"yə transfer olunana qədər Rusiyada "Yenisey", "Saxalin", "Krılya Sovetov", "Ufa", "Tambov" komandalarında çıxış edib.

Mənbə: Qol.az