​Bakıda yağış su xətləri təmizlənib

​Bakıda yağış su xətləri
16:40 21.10.2022
247 Ölkə
A- A+

Payız-qış mövsümünə hazırlıqla bağlı tullantı su xətlərində yaranan problemlərin aradan qaldırılması məqsədilə Bakı şəhərinin əsas daşıyıcı kollektorları və xətlərinə, baxış quyuları və yağış barmaqlıqlarına baxış keçirilib.

“Azərsu” ASC-dən verilən məlumata görə, bununla əlaqədar Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında, həmçinin Sumqayıt və Xırdalan şəhərlərində subasma riskləri olan nöqtələr müəyyən edilərək təmizləmə işlərinə başlanılıb.

Ötən müddətdə paytaxt ərazisində 180 km tullantı və yağış su xətlərində, 15 mindən çox baxış quyusunda və barmaqlığında təmizləmə işləri aparılıb. Bununla da, xətlərdəki tutulmaların qarşısı alınır və yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur.