​ABŞ-da silahlı insident nəticəsində 9 nəfər yaralanıb

​ABŞ-da silahlı insident nəticəsində
21:30 21.10.2022
258 Dünya
A- A+

ABŞ-ın Baton-Ruj şəhərində baş verən silahlı insident nəticəsində azı doqquz nəfər yaralanıb.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Şəhərdəki universitet şəhərciyinin yaxınlığında atəş açıldığı bildirilir.

Zərərçəkənlərin hamısı həyat üçün təhlükə yaratmayan güllə yaraları alıb, onlardan yeddisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.