​Daha bir ölkə Rusiyaya qarşı sanksiya tətbiq etdi

​Daha bir ölkə Rusiyaya qarşı sanksiya
22:45 21.10.2022
240 Siyasət
A- A+
Polşa Baltikyanı ölkələrlə birlikdə Rusiya əleyhinə yeni sanksiyalar paketi hazırlayıb.
 
Polşa Litva, Latviya və Estoniya ilə birlikdə Ukraynadakı müharibəyə görə, Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi hazırlayıb.
 
Məlum olub ki, Polşa və digər ölkələr Rusiya Federasiyası ilə nüvə əməkdaşlığını və Rusiya almazlarının idxalını qadağan etməyi təklif edirlər.
 
Sammitdə hazırlanacaq sənəd Aİ-nin digər ölkələrinə də təqdim olunacaq.