​Aİ sammitinin iştirakçıları “Şimal axını”ndakı diversiyanı qınayıb

​Aİ sammitinin iştirakçıları “Şimal axını”ndakı diversiyanı
23:15 21.10.2022
267 Siyasət
A- A+

Avropa İttifaqı (Aİ) kritik infrastruktura, o cümlədən “Şimal axını” boru kəmərlərinə qarşı diversiya aktlarını qəti şəkildə pisləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ sammitinin yekun bəyanatında deyilir.

“Avropa İttifaqı kritik infrastruktura, o cümlədən “Şimal axını” boru kəmərlərinə qarşı diversiya aktlarını qəti şəkildə pisləyir. Aİ kritik infrastrukturun məhv edilməsi cəhdinə və ya digər hibrid hərəkətlərə vahid və qəti cavab verəcək”, - sənəddə deyilir.

Bəyanatda həmçinin bütün Aİ ölkələrinə kritik infrastrukturun dayanıqlığını artırmaq üçün birgə səylər göstərməyə çağırış da yer alıb.