​ABŞ-da təyyarə yaşayış binasına çırpılıb, ölənlər var

​ABŞ-da təyyarə yaşayış binasına çırpılıb, ölənlər var
09:00 22.10.2022
219 Dünya
A- A+

ABŞ-ın Nyu-Hempşir ştatının Kin şəhərində təyyarə yaşayış binasına çırpılıb.

Təyyarədə olanların hamısı həlak olub.

Yaşayış binasının sakinləri arasında tələfatın olmadığı bildirilir.

Təkmühərrikli təyyarənin göyərtəsində neçə nəfərin olduğu hələ məlum deyil.