​İtaliyanın yeni Baş nazirinin andiçmə mərasimi keçirilib

​İtaliyanın yeni Baş nazirinin andiçmə mərasimi keçirilib
13:00 22.10.2022
436 Siyasət
A- A+

"İtaliyanın qardaşları" Partiyasının lideri Corca Meloni İtaliyanın yeni Baş naziri kimi and içib.

"Report" TASS-a istinadən xəbər verir ki, mərasim Quirinal Sarayında keçirilib.

Hökumət başçısı ilə birlikdə daha 24 nazir and içib və onlardan 6-sı qadındır. Yeni kabinetin tərkibinə bu il sentyabrın 25-də keçirilmiş parlament seçkilərində qalib gələn sağ mərkəzçi koalisiyaya daxil olan “İtaliyanın qardaşları”, “Liqa” və “İrəli, İtaliya” partiyalarının nümayəndələri daxildir.